Bank Of Baku

İctimai Palata mitinqlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə bu həftə müraciət edəcək

İctimai Palata mitinqlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə bu həftə müraciət edəcək
# 31 may 2011 14:03 (UTC +04:00)
Bakı. Pərvin Abbasov - APA. İctimai Palata (İP) iyunun 19-na təyin etdiyi mitinqlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) bu həftə ərzində müraciət etməyi planlaşdırır. Bu barədə APA-ya İP üzvü, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı məlumat verib. O, hazırda aksiyaya hazırlıqların davam etdirildiyini deyib: “Hazırlıqlar İctimai Palata çərçivəsində davam etdirilir”.

Qeyd edək ki, İP iyunun 19-u, saat 15.00-da “Nərimanov” kinoteatrının qarşısına aksiya təyin edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR