Bank Of Baku

AXCP sədrinin müavini: “Pənah Hüseynin dedikləri onun şəxsi fikirlərdir”

AXCP sədrinin müavini: “Pənah Hüseynin dedikləri onun şəxsi fikirlərdir”
# 31 may 2011 14:31 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. “İctimai Palata hər cür fərqli fikirlərə açıqdır, Palatanın fəaliyyəti ilə bağlı müxtəlif fikirlər səslənə bilər. Ancaq bu fikirlər ilk növbədə İctimai Palatanın Koordinasiya Şurasında müzakirə olunmalı, dəstək qazanmalıdır. Yalnız bundan sonra Palatanın sessiyasının gündəliyinə təqdim edilə bilər. Pənah bəyin dedikləri isə şəxsi fikirlərdir”. Bunu APA-ya açıqlamasında İctimai Palatanın (İP) üzvü, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı İP Koordinasiya Şurasının üzvü Pənah Hüseynin “İctimai Palatada islahatlar aparılmalı, prezidentliyə və baş nazirliyə namizəd müəyyənləşdirilməlidir” fikirlərinə münasibət bildirərkən deyib. O bildirib ki, P. Hüseynin mayın 27-də İP-in sessiyasında səsləndirdiyi fikirlər İP Koordinasiya Şurasında müzakirə olunmayıb: “Belə bir təklif sessiyanın gündəliyinə də salınmayıb. Nə vaxt sessiyanın gündəliyinə salınar, müzakirə edilər, o vaxt müvafiq qərar qəbul olunar. Hələlik Pənah bəyin dedikləri onun şəxsi fikirləri olaraq qalmaqdadır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR