Bank Of Baku

İctimai Palatanın İnsan Hüquqları və Azadlıqlarının Müdafiə Komitəsi bəyanat yayıb

İctimai Palatanın İnsan Hüquqları və Azadlıqlarının Müdafiə Komitəsi bəyanat yayıb
# 31 may 2011 15:50 (UTC +04:00)
Bakı. Pərvin Abbasov - APA. İctimai Palatanın İnsan Hüquqları və Azadlıqlarının Müdafiə Komitəsi bəyanat yayıb. APA-nın məlumatına görə, bəyanatda deyilir ki, bu il aprelin 2-də İctimai Palatanın təşkil etdiyi mitinqdə iştirak etdiklərinə görə, cinayət təqibinə məruz qalan müxalifət təmsilçilərinin dərhal azadlığa buraxılmasını tələb edib.

Bəyanatda aksiya iştirakçılarının istintaqının obyektiv aparılmadığı qeyd edilib: “2 aprel hadisələrində nümayişçilər tərəfindən hər hansı hüquqa zidd əməlin törədilməsi ilə bağlı bu günə qədər ortada heç bir fakt yoxdur”.

Bəyanatda Azərbaycan Respublikasının Ombudsmanı və onun aparatında çalışan əməkdaşlardan heç birinin həbs olunanlarla görüşmədiyi, onların taleyi ilə maraqlanmadığı xoşagəlməz hal kimi vurğulanıb.

Bəyanatda həbs olunanların azadlığa buraxılması üçün tədbirlərin gücləndirilməsinə çağırış edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR