Bank Of Baku

Əli Əhmədov: “Hesab edirəm ki, türk seçicilər AKP-nin nailiyyətlərini nəzərə alacaq”

Əli Əhmədov: “Hesab edirəm ki, türk seçicilər AKP-nin nailiyyətlərini nəzərə alacaq”
# 01 iyun 2011 11:33 (UTC +04:00)
APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi, sədr müavini Əli Əhmədov deyib. O bildirib ki, Azərbaycanın rəsmi strukturları olan Milli Məclis və Mərkəzi Seçki Komissiyası Türkiyədə keçiriləcək parlament seçkilərini izləyəcək: “Çünki bu qurumlara dəvət olacaq”.

Ə. Əhmədov Türkiyənin dost və qardaş ölkə olduğunu xatırladaraq bildirib ki, 12 iyun seçkilərində xalq hansı partiyanı dəstəkləyərsə, bu, həm Azərbaycan xalqı, həm də YAP üçün məqbul olacaq: “Ancaq bunu da vurğulamalıyam ki, YAP-la Ədalət və İnkişaf Partiyası (AKP) arasında çox yaxşı ilişkilər var. Biz mütəmadi olaraq müxtəlif səviyyələrdə toplantılar keçirir, müzakirələr aparırıq. Onu da məmnunluq hissi ilə deməliyəm ki, qardaş dövlət Türkiyədə AKP hökumətinin rəhbərliyi altında həm iqtisadiyyatın, həm də digər sahələrin inkişafında yüksək nəticələr əldə olunub. Türkiyə son illərdə sürətlə inkişaf edib. Bu ölkə hazırda dünyanın ən çox inkişaf etmiş 20 ölkəsindən biridir. Digər sahələrdə də inkişaf var. Bütün bu nailiyyətlərin əldə olunmasında isə Türkiyədə hakimiyyətdə olan AKP-nin çox böyük xidmətləri ayrıca qeyd olunmalıdır. Hesab edirəm ki, türk seçicilər bütün bunların hamısını nəzərə alacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR