Bank Of Baku

Əli Əhmədov: “Azərbaycan korrupsiyaya qarşı mübarizə bundan sonra da davam etdiriləcək”

Əli Əhmədov: “Azərbaycan korrupsiyaya qarşı mübarizə bundan sonra da davam etdiriləcək”
# 01 iyun 2011 11:45 (UTC +04:00)
Bakı. Pərvin Abbasov - APA. “Azərbaycanda son bir neçə ay ərzində korrupsiyaya qarşı mübarizə istiqamətində səylər əhəmiyyətli dərəcədə güclənib. Bu mübarizə həm inzibati forma və metodlarla, həm də qanunvericilik bazasının təkmilləşdirilməsi ilə aparılır”. APA-nın xəbərinə görə, bunu Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının üzvü, Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi, partiyanın sədr müavini Əli Əhmədov deyib.

O bildirib ki, Azərbaycan xoşagəlməz korrupsiya hallarına qarşı mübarizənin öndə gedən dövlətlərindən birinə çevrilib: “Hesab edirəm ki, bu siyasət bundan sonra da davam etdiriləcək”.

Ə. Əhmədov onu da deyib ki, Azərbaycanda korrupsiya və digər bu kimi xoşagəlməz halların mövcudluğu bəzi mətbu orqanlarda məqsədli şəkildə təqdim olunan kimi deyil.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR