Bank Of Baku

Səyavuş Novruzov: “Dialoq bərabər səviyyəli tərəflər arasında aparılır, müxalifət cəmi iki-üç adamdır, onlarla nə dialoq aparmaq olar?”

Səyavuş Novruzov: “Dialoq bərabər səviyyəli tərəflər arasında aparılır, müxalifət cəmi iki-üç adamdır, onlarla nə dialoq aparmaq olar?”
# 01 iyun 2011 12:02 (UTC +04:00)
Bakı. Pərvin Abbasov-APA. “Biz dialoqla bağlı həmişə təkliflərimizi vermişik. Lakin müxalifətin dialoq aparmağa hər hansı potensialı yoxdur”. APA-nın xəbərinə görə, bu fikirləri jurnalistlərə açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib. O, Müsavat Partiyasının başqanı İsa Qəmbərin “Dialoq məsələsində top hakimiyyət meydanındadır” fikirlərinə münasibət bildirərkən deyib ki, dialoq o tərəflər arasında aparılır ki, həmin tərəflər bərabər səviyyədə olur: “Onlar cəmi iki-üç adamdır, onlarla da nə dialoq aparmaq olar? Bu, mənasız bir şey olar”.

S. Novruzov parlamentdə təmsil olunan müxalifət partiyaları ilə dialoq apardıqlarını da deyib: “Bu proseslər edir. Kim ki, özünü cəmiyyətdən kənarda tutur, cəmiyyətə qoşulmur, bu, artıq onların problemdir”.

S. Novruzov Azərbaycanda İctimai Palata adlı qurum tanımadığını da vurğulayıb.

Xatırladaq ki, Müsavat Partiyasının başqanı İsa Qəmbər APA-ya müsahibəsində hakimiyyət-müxalifət dialoqu barədə sualı cavablandırarkən deyib ki, dialoq məsələsində top hakimiyyət meydanındadır: “Söhbət ondan getmir ki, kim təşəbbüs göstərməlidir. Söhbət dialoqa hazır olmaqdan gedir. Əslində kifayət qədər aydın görünür ki, demokratik qüvvələr bütövlükdə cəmiyyətdə, o cümlədən hakimiyyətlə müxalifət arasında dialoqun tərəfdarıdırlar. Ona görə də hesab edirəm ki, top hakimiyyət meydanındadır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR