Bank Of Baku

İctimai Palata paytaxtdan kənarda aksiya keçirmək niyyətində deyil

İctimai Palata paytaxtdan kənarda aksiya keçirmək niyyətində deyil
# 01 iyun 2011 14:02 (UTC +04:00)
Bakı. Pərvin Abbasov - APA. “İctimai Palata olaraq dinc mitinqi iyunun 19-u, saat 15.00-da “Nərimanov” kinoteatrının qarşısında keçirməyi qərara almışıq. Bununla bağlı qanunvericiliyə müvafiq olaraq Bakı Şəhər İcra Hakimiyyətinə müraciət olunacaq. Bu müraciətə cavabdan sonra adekvat variantlar düşünülə bilər”. Bunu APA-ya açıqlamasında İctimai Palatanın (İP) Koordinasiya Şurasının üzvü Pənah Hüseyn deyib. O bildirib ki, hələlik Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edilmədiyindən və cavab alınmadığından, iyunun 19-na təyin olunmuş aksiyanın şəhərdən kənarda keçirilməsi barədə düşünmək doğru olmaz.

İP üzvü, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı isə APA-ya deyb ki, istənilən halda iyunun 19-na təyin olunmuş aksiyanın şəhərdən kənarda keçirilməsi nəzərdə tutulmur: “Çünki bunun üçün heç bir hüquqi, qanuni əsas yoxdur. “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun tələbinə görə, şəhərdə uyğun bir zamanda əvvəlcədən Bakı Şəhər İcra Hakimiyyətinə xəbərdarlıq etməklə aksiya keçirmək mümkündür”.

F. Qəhrəmanlı aksiyanın şəhərdən kənarda keçirilməsinin mümkün olmadığını bildirib: “Ona görə də aksiya şəhərin mərkəzi yerlərindən birində keçiriləcək”
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR