Bank Of Baku

İctimai Palatanın 17 aprel aksiya sızamanı saxlanılanların baş prokurora müraciətlərinə cavab verilib

İctimai Palatanın 17 aprel aksiya sızamanı saxlanılanların baş prokurora müraciətlərinə cavab verilib
# 01 iyun 2011 15:16 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. İctimai Palatanın aprelin 17-də keçirmək istədiyi razılaşdırılmamış aksiya zamanı saxlanılan AXCP sədrinin müavini Gözəl Bayramlı, partiyanın Sabirabad rayon şöbəsinin üzvü Sahib Rüstəmli və Müsavat Partiyası Sumqayıt şəhər təşkilatının sədri Fəxrəddin Abbasın baş prokuror Zakir Qaralova etdikləri müraciətə cavab göndərilib. Bu barədə APA-ya vəkil Əsabəli Mustafayev məlumat verib. Ə. Mustafayev müraciətə bu gün cavab verildiyini deyib: “Məktubda qeyd olunub ki, müraciət əsasında Bakı Şəhər Prokurorluğuna işgəncə faktlarını araşdırmaq tapşırılıb”.

Xatırladaq ki, hər üç şəxs Respublika Prokurorluğuna müraciətlərində saxlanılan zaman təzyiqlə üzləşdiklərini bildirib və bununla bağlı araşdırma aparılmasını xahiş edib.

Qeyd edək ki, məhkəmənin qərarı ilə G. Bayramlı 5, Sahib Rüstəmli, Fəxrəddin Abbaslı isə 7 sutka müddətinə inzibati qaydada azadlıqdan məhrum edilmişdi. Onlar artıq azadlığa buraxılıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR