Bank Of Baku

İctimai Palatanın aksiyası ilə bağlı saxlanılan şəxslərin barəsində seçilən həbs-qətimkan tədbirinin müddəti uzadılıb

İctimai Palatanın aksiyası ilə bağlı saxlanılan şəxslərin barəsində seçilən həbs-qətimkan tədbirinin müddəti uzadılıb
# 01 iyun 2011 15:42 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Səbayel rayon Məhkəməsində İctimai Palatanın (İP) aprelin 2-də Bakının mərkəzində keçirdiyi aksiyaya görə saxlanılan Müsavat Partiyasının fəalı Elşən Həsənov və Ülvi Quliyevin barələrində seçilən həbs-qətimkan tədbirinin uzadılması barədə Bakı şəhər Prokurorluğunun verdiyi vəsatət üzrə məhkəmə prosesi keçirilib. Vəkil Əsabəli Mustafayevin APA-ya verdiyi xəbərə görə, məhkəmə prokurorluğun vəsatətini təmin edərək, hər iki şəxsin barəsində seçilən həbs-qətimkan tədbirinin müddətinin 2 ay uzadılması barədə qərar qəbul edib.
Qeyd edək ki, aprelin 2-də İP-in keçirdiyi aksiya ilə əlaqədar Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR