Bank Of Baku

Pənah Hüseyn: “Təkliflərimi İctimai Palatanın Koordinasiya Şurasının gündəminə gətirməyə ehtiyac duymuram”

Pənah Hüseyn: “Təkliflərimi İctimai Palatanın Koordinasiya Şurasının gündəminə gətirməyə ehtiyac duymuram”
# 01 iyun 2011 16:06 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. “Mən təkcə “kölgə kabineti”nin yaradılmasını təklif etməmişəm. Təklif etmişəm ki, İctimai Palatada islahatlar aparılmalı və palatanın bir sıra aktuallıq kəsb edən məsələlər barədə mövqeyi müəyyənləşməli, o cümlədən “kölgə kabineti”nin konseptual baxımdan formalaşdırılması məsələsi, prezidentliyə və baş nazirliyə namizədlərin müəyyənləşdirilməsi gündəmə gətirilməlidir. İctimai Palatanın parlament seçkilərində birgə siyahı ilə iştirakının zəruri olduğunu demişəm. Lakin onu da qeyd etmişəm ki, bunun hər hansı şəkildə namizədlərin müəyyən edilməsi kimi yox, indiki mərhələdə məsələnin konseptual baxımdan müzakirəsinə ehtiyac var”. Bu sözləri APA-ya açıqlamasında İctimai Palatanın Koordinasiya Şurasının üzvü Pənah Hüseyn deyib. O bildirib ki, qeyd etdiyi məsələlərlə bağlı diskussiya aparılacaq və İctimai Palatanın da bununla əlaqədar mövqeyi bəlli olacaq: “Demokratik bir təşkilat olaraq bunun yalnız İctimai Palatanın apardığı ümumi işə, ümumi hədəflərə xidmət edən bir məsələ olduğu qənaətindəyəm”.

P. Hüseyn hazırda yeni təkliflərinin İctimai Palatanın Koordinasiya Şurasının gündəminə gətirilməsinə ehtiyac duymadığını söyləyib: “Ancaq təbii ki, proseslərin, diskussiyaların gedişində bu da mümkün ola bilər. Yəni qeyd olunan məsələlərlə bağlı Koordinasiya Şurasında müzakirələr aparıla bilər”.

P. Hüseynin İP üzvü AXCP sədrinin müavini Fuad Qəhrəmanlının “bu fikirlər ilk növbədə İctimai Palatanın Koordinasiya Şurasında müzakirə olunmalı, dəstək qazanmalıdır. Yalnız bundan sonra palatanın sessiyasının gündəminə təqdim edilə bilər” fikirlərinə münasibəti belə olub: “Mən bir qədər demokratik təfəkkürlü insanam. Hesab edirəm ki, heç də hər şey Koordinasiya Şurasında müzakirə olunduqdan sonra sessiyanın müzakirəsinə çıxarılmalı deyil. Söhbət konkret qərarlardan yox, konseptual yanaşmadan gedir. Hətta konseptual xarakterli məsələlərin də mütləq Koordinasiya Şurasında müzakirə olunub səs çoxluğu ilə təsdiq edildikdən sonra gündəmə gətirilməsi məsələsini mən şəxsən demokratik yanaşma hesab etmirəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR