Bank Of Baku

Müxalifətdə “8-lərin zirvə toplantısı” alınmır

Müxalifətdə “8-lərin zirvə toplantısı” alınmır
# 02 iyun 2011 09:39 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. “Vətəndaş Hərəkatı Forumunun təşəbbüsü ilə “8-lərin zirvə toplantısı” ideyası alınmır. Belə görünür ki, İctimai Palatanın bazasında bu birliyin yaranması üçün müəyyən vaxt lazımdır”. Bunu APA-ya açıqlamasında Vətəndaş Hərəkatı Forumunun təmsilçisi Qurban Məmmədov deyib. O bildirib ki, prosesin müxalifətin birliyinə istiqamətlənməsi üçün zamana ehtiyac var: “İsa Qəmbərin mətbuatdakı açıqlamalarına və İctimai Palatanın toplantısındakı son çıxışından aydın olur ki, Ümid Partiyasının sədri İqbal Ağazadə və digər partiyalarla İctimai Palatadan kənar əməkdaşlıq üçün qarşıya çıxan problem İctimai Palatanın Nizamnaməsindən irəli gəlir. Belədirsə, ya İctimai Palata öz Nizamnaməsində dəyişiklik etməli, ya da kənar qüvvələr başqa formatda birləşməlidir. Hər halda müxalifətin bir mərkəzdə birləşməsi zamanın diktəsidir”. Q. Məmmədovun sözlərinə görə, müxalifət partiyalarının ayrı-ayrılıqda məqsədlərinə çatması real görünmür.

Q. Məmmədov qeyd edib ki, İctimai Palatadan kənarda olan 6 partiya – Klassik Xalq Cəbhəsi, Vətəndaş və İnkişaf, Liberal, Milli İstiqlal, Demokrat və Ümid partiyalarının birliyinin yaranması ideyası meydana çıxıb: “AXCP və Müsavat Partiyasının iştirakı olmadan həmin 6 partiyanın geniş tərkibdə əməkdaşlığı mümkündür. Artıq bu barədə danışıqlar aparmışam. Bu gün də bu istiqamətdə iş davam etdirilir, məsələnin texniki tərəfləri ilə məşğuluq. Təbii ki, AXCP istəsə, iştirak edə bilər. Bununla bağlı AXCP sədri Əli Kərimliyə müraciət edəcəyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR