Bank Of Baku

AMİP və Aydınlar Partiyasının sədrləri görüşüblər

AMİP və Aydınlar Partiyasının sədrləri görüşüblər
# 02 iyun 2011 14:37 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün AMİP sədri Yusif Bağırzadə və Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli arasında görüş keçirilib. AMİP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, partiyanın baş katibi Arzuxan Əlizadənin də iştirak etdiyi görüşdə iqtidar-müxalifət münasibətləri və yaranmış vəziyyətdən çıxış yolları ətrafında fikir mübadiləsi aparılıb.

Partiya sədrləri müxalifətdaxili inteqrasiyanın sürətlənməsi üçün səylərin artırılmasını, partiyalar arasında əməkdaşlığın genişləndirilməsini məqsədəmüvafiq hesab edib, belə görüşlərin mütəmadi keçirilməsini vacib sayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR