Bank Of Baku

Müsavat və AXCP funksionerlərinin apellyasiya şikayəti təmin olunmayıb

Müsavat və AXCP funksionerlərinin apellyasiya şikayəti təmin olunmayıb
# 02 iyun 2011 15:10 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Apellyasiya Məhkəməsində İctimai Palatanın (İP) Bakının mərkəzində keçirdiyi razılaşdırılmamış aksiya zamanı saxlanılan Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslının və AXCP-nin şöbə müdiri Məhəmməd Məcidlinin barəsində Səbail rayon Məhkəməsinin çıxardığı 24 may tarixli qərardan verilən apellyasiya şikayəti əsasında məhkəmə prosesi keçirilib. Vəkil Anar Qasımovun APA-ya verdiyi xəbərə görə, apellyasiya şikayəti təmin olunmayıb.

Xatırladaq ki, Bakı şəhər Prokurorluğu Tural Abbaslı və Məhəmməd Məcidlinin barəsində seçilən həbs-qətimkan tədbirinin müddətinin uzadılması barədə Səbail rayon Məhkəməsinə müraciət etmişdi. Məhkəmə həmin vəsatəti təmin edərək, onların barəsində seçilən həbs-qətimkan tədbirinin müddətini daha 2 ay uzatması barədə qərar çıxarıb.

Qeyd edək ki, aprelin 2-də baş vermiş hadisələrlə bağlı Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb. Səbail rayon Məhkəməsi Tural Abbaslı və Məhəmməd Məcidli barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR