Bank Of Baku

ADP sədrinin müavini Bakı Şəhər Prokurorluğunda dindirilib

ADP sədrinin müavini Bakı Şəhər Prokurorluğunda dindirilib
# 04 iyun 2011 07:30 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Azərbaycan Demokrat Partiyası (ADP) sədrinin gənclərlə iş üzrə müavini Cəmil Hacıyev iyunun 3-də Bakı Şəhər Prokurorluğuna çağırılıb. ADP-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, prokurorluqda olan C. Hacıyev müstəntiq Zeynal Zeynalov tərəfindən dindirilib. Ondan gənclərin təşkil etdiyi və siyasi məhbuslara azadlıq tələb edən son aksiya, habelə həbsdə qaldığı müddətdə işgəncəyə məruz qalıb-qalmamasına dair izahat alınıb.

Dindirmə prosesi üç saat davam edib. Müstəntiq Z. Zeynalov bədən xəsarətlərinin olub-olmaması ilə əlaqədar tibbi ekspertizadan keçməsi üçün C. Hacıyevə arayış təqdim edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR