Bank Of Baku

Şamaxı Türk Şəhidliyi kompleksində yenilənmə işləri aparılır

Şamaxı Türk Şəhidliyi kompleksində yenilənmə işləri aparılır
# 06 iyun 2011 08:13 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Azərbaycanın Şamaxı rayonundakı Türk Şəhidliyi kompleksində yenilənmə işləri aparılır. APA-nın “Anadolu” Agentliyinə istinadən verdiyi məlumata görə, işlər Türkiyənin Azərbaycandakı səfirliyi və Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı hərbi attaşeliyinin təşkilatçılığı ilə görülür.

Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç da daxil olmaqla əraziyə gələn qonaqlar burada ağac əkiblər.

Səfirliyin əmniyyət müşaviri bildirib ki, Şamaxı Türk Şəhidliyində aparılan işlərə Qobustan rayon İcra hakimiyyəti və Şamaxı rayon İcra Hakimiyyəti, vətəndaş cəmiyyətinin nümayəndələri və iş adamları dəstək verir. O, ən önəmli məsələ olan su probleminin kompleksdə 60 tonluq su anbarının tikilməsi ilə həll olunduğunu da vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR