Bank Of Baku

Arif Hacılının barəsində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsi üçün məhkəməyə müraciət olunacaq

Arif Hacılının barəsində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsi üçün məhkəməyə müraciət olunacaq
# 06 iyun 2011 08:36 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. “Bakının mərkəzində keçirdiyi razılaşdırılmamış aksiya zamanı saxlanılan Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının səhhətində problemlər var”. Bunu APA-ya açıqlamasında vəkil Əsabəli Mustafayev deyib: “Mən onunla görüşdüm. Qan təzyiqindən və ürək xəstəliklərindən əziyyət çəkir. Biz onun səhhətindən çox narahatıq”.

Ə. Mustafayev onun səhhətində yaranmış problemlə əlaqədar məhkəməyə müraciət edəcəklərini deyib: “Səhhəti ilə əlaqədar olaraq barəsində seçilən həbs-qətimkan tədbirinin dəyişdirilməsi haqqında vəsatətlə məhkəməyə müraciət edəcəyik”.

Qeyd edək ki, aprelin 2-də A. Hacılının da üzvü olduğu İctimai Palata Bakının mərkəzində etiraz aksiyası keçirməyə cəhd edib. Həmin gün baş vermiş hadisələrlə bağlı Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb. Səbail rayon Məhkəməsi A. Hacılı barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR