Bank Of Baku

Mustafa Hacıbəyli polisə çağırılıb

Mustafa Hacıbəyli polisə çağırılıb
# 06 iyun 2011 10:46 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Müsavat Partiyası Məclisinin üzvü, “Demokrat” qəzetinin baş redaktoru Mustafa Hacıbəyli polisə çağırılıb. Bu barədə APA-ya M. Hacıbəyli özü məlumat verib. Sahə müvəkkilinin iyunun 5-də Binəqədi rayonunda yerləşən evinə gəldiyini deyən M. Hacıbəyli həmin vaxt evdə olmadığını bildirib: “Sonradan sahə müvəkkilinə zəng vurdum. Dedi ki, mənimlə bağlı sənəd gəlib. Razılaşdıq ki, bu gün Binəqədi Rayon Polis İdarəsinə gedim. Dəqiq bilmirəm, amma böyük ehtimalla məni 2 aprel aksiyası ilə bağlı çağırıblar”.

M. Hacıbəyli polis idarəsinə bu gün vəkil Nemət Kərimli ilə birlikdə gedəcəyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR