Bank Of Baku

BAXCP Ali Məclisinin sessiyasının gündəliyi müəyyənləşib

BAXCP Ali Məclisinin sessiyasının gündəliyi müəyyənləşib
# 06 iyun 2011 10:54 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda əsas diqqət BAXCP-nin İcra Aparatı haqqında Əsasnaməyə əlavə və dəyişikliklər edilməsinə və Ali Məclisin iyunun 11-nə təyin olunmuş sessiyasının gündəliyinin müəyyənləşdirilməsinə yönəlib. İdarə Heyəti üzvlərinin geniş fikir mübadiləsindən sonra İcra Aparatı haqqında Əsasnaməyə təklif olunan əlavə və dəyişikliklər Ali Məclisin müzakirəsinə təqdim olunub. Daha sonra Ali Məclisin növbəti sessiyasının gündəliyi müzakirə edilərək təsdiqlənib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR