Bank Of Baku

Mustafa Hacıbəyli polis bölməsində olub

Mustafa Hacıbəyli polis bölməsində olub
# 06 iyun 2011 13:27 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Müsavat Partiyası Məclisinin üzvü, “Demokrat” qəzetinin baş redaktoru Mustafa Hacıbəyli Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin Sahə Məntəqəsində olub. M. Hacıbəyli APA-ya açıqlamasında sahə müvəkkili Cavid Ağayev tərəfindən ona bir sənəd göstərildiyini bildirib: “Orada yazılmışdı ki, Mustafa Hacıbəyli 2 aprel aksiyasında iştirak edib, bu səbəbdən də onu Binəqədi Rayon Polis İdarəsinə gətirin. Amma məni polis idarəsinə aparmadılar. Sənədə qol çəkdirdilər ki, çağırılanda, polis idarəsinə gedəcəyəm. Mən də qeyd etdim ki, çağırılsam, gedəcəyəm. Polis idarəsinə indi də gedə biləcəyimi söyləsəm də, hələlik buna ehtiyac olmadığını bildirdilər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR