Bank Of Baku

ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib

ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib
# 06 iyun 2011 14:14 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Bu gün Azərbaycan Demokrat Partiyası (ADP) İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantıda ölkədə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi vəziyyət və partiyanın cari həyatına aid bir sıra məsələlər əsas müzakirə obyekti olub.

İdarə Heyəti Qarabağ münaqişəsinin nizamlanmasına dair iyunun 25-də Kazanda keçiriləcək danışıqlara və həmin danışıqlar zamanı imzalanması planlaşdırılan “çərçivə sazişi”ni müzakirə etmiş və bəyanat qəbul edib.

İdarə Heyəti son vaxtlar ABŞ-Azərbaycan münasibətlərinin yaxınlaşması məsələsinə toxunub, bu münasibətlərin istiləşməsi və yoluna qoyulması təqdir edilib.

“Nabucco” qaz kəməri layihəsi ilə bağlı son zamanlar başlanan müzakirələrə münasibət bildirən İdarə Heyəti Azərbaycanın milli sərvətlərinin beynəlxalq bazara çıxarılmasında üçüncü dövlətlərdən istifadə edilməsi praktikasına son qoyulmasının vacibliyini bildirib. Xüsusən Azərbaycan qazının Rusiya ərazisi ilə Avropa bazarına nəql olunmasını Azərbaycanın milli maraqlarına cavab vermədiyi qeyd edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR