Bank Of Baku

Müsavat Partiyası Divanının toplantısı keçirilib

Müsavat Partiyası Divanının toplantısı keçirilib
# 06 iyun 2011 14:50 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, yığıncağın əvvəlində Respublika Günü münasibətilə İsveç Azərbaycan Federasiyası və soydaşlarımızın “Prometey” təşkilatının dəvəti ilə bu ölkədə səfərdə olmuş Gülağa Aslanlının məlumatı dinlənilib. Gülağa Aslanlı orada təşkil olunmuş bayram tədbirləri, XİN-də və hakim partiyadan olan millət vəkilləri ilə keçirdiyi görüşlər haqqında məlumat verib. O, həmçinin İsveçdə yaradılmış İctimai Palatanın üzvləri ilə keçirilmiş birgə tədbir barədə də iştirakçıları məlumatlandırıb.

Gündəliyin ictimai-siyasi vəziyyətə dair bölümündə əsasən İctimai Palatanın iyunun 19-na təyin etdiyi mitinqlə bağlı məsələ müzakirə edilib. Partiya strukturlarında mitinqə hazırlığın gedişi haqqında məlumat verilib.

İclasda İctimai Palatanın üzvlərinə təzyiqlərin davam etdirilməsinə, o cümlədən Mustafa Hacıbəylinin polisə çağırılmasına etiraz ifadə olunub.

Dünyada gedən demokratikləşmə prosesi, xüsusən də son günlər Yəməndə və Suriyada baş verən hadisələr haqqında fikir mübadiləsi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR