Bank Of Baku

KXCP Bakı Şəhər İcra Hakimiyyəti və Mədəniyyət və Turizm Nazirliyinin qarşısında piket keçirilmək barədə qərar qəbul edib

KXCP Bakı Şəhər İcra Hakimiyyəti və Mədəniyyət və Turizm Nazirliyinin qarşısında piket  keçirilmək barədə qərar qəbul edib
# 06 iyun 2011 15:01 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) Ali Məclisinin növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantıda KXCP-nin növbəti II qurultayının günü və yeri haqqında hazırlıq üzrə Təşkilat Komitəsinin məlumatı dinlənilib. KXCP-nin iyunun 24-də II qurultayının keçirilməsi üçün yer ayrılmamasına etiraz əlaməti olaraq Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) və Mədəniyyət və Turizm Nazirliyinin qarşısında “Yer ver!” şüarı altında davamlı piketlərin keçirilməsi haqda qərarın qəbul edilib.
İclasda qurultayın gündəlik layihəsi və BŞİH başçısı Hacıbala Abutalıbova müraciət də qəbul olunub. Müraciətdə iyunun 14-də saat 15.00-dan 15.30-dək etiraz əlaməti olaraq Bakı Şəhər İcra Hakimiyyəti və Mədəniyyət və Turizm Nazirliyinin qarşısında davamlı piket keçiriləcəyi bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR