Bank Of Baku

Əli Əliyev: “Mövcud bütlərin hamısını dağıtmaq, bütləşmiş siyasi liderləri sıradan çıxarmaq lazımdır”

Əli Əliyev: “Mövcud bütlərin hamısını dağıtmaq, bütləşmiş siyasi liderləri sıradan çıxarmaq lazımdır”
# 07 iyun 2011 09:10 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. “Müxalifətdə hər şeyi sıfırdan başlamaq lazımdır. Mövcud bütlərin hamısını dağıtmaq, bütləşmiş siyasi liderləri sıradan çıxarmaq lazımdır”.

Bu açıqlamanı APA-ya Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev deyib. O bildirib ki, müxalifət düşərgəsində hazırkı münasibətlər geniş miqyaslı birliyin əmələ gəlməsini mümkün etmir: “Azərbaycanda bir çox məsələlərə subyektiv yanaşılır. Müxalifətin bir araya gəlməsinin kökündə də xırda maraqlar durur. Belə bir birlik alına bilsə də, proseslər elə dərinə işləyib və durğunluq o qədər uzun müddət davam edib ki, prosesin çətinliyi danılmazdır. Bir reallıq da var ki, neft pulları təkcə iqtidarın başını bulandırmayıb. QHT sektorunda, müxalifətdə də kifayət qədər şəbəkələnmiş struktur mövcuddur. Ona görə də belə qənaətə gəlmişik ki, prinsipləri eyni olan partiyaların bir araya gəlməsi əsas götürülməlidir”.

Ümid Partiyasının sədri İqbal Ağazadə isə deyib ki, müxalifətdə birlik cəhdlərinin hazırkı vəziyyət almasının səbəblərini araşdırmaq niyyətində deyil: “Cəmiyyətin növbəti birlik axtarışları indiki mərhələdə deyil, bir qədər sonra tam real olacaq. Bu ilin sonlarına doğru hər bir partiya öz işini görməli və cari işləri ilə məşğul olmalıdır. 8 partiyanın bir mövqe nümayiş etdirməsinə gəlincə, daha geniş miqyasda müxalifətin ümumi birliyini əhatə edən blokun tərəfdarıyıq. Az sayda partiyaların təsis edəcəyi birlikdə isə təmsil olunmaq niyyətimiz yoxdur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR