Bank Of Baku

Mustafa Hacıbəyli Daxili İşlər Nazirliyinə çağırılıb

Mustafa Hacıbəyli Daxili İşlər Nazirliyinə çağırılıb
# 08 iyun 2011 08:02 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Müsavat Partiyası Məclisinin üzvü, “Demokrat” qəzetinin baş redaktoru Mustafa Hacıbəyli Daxili İşlər Nazirliyinə (DİN) çağırılıb. Bu barədə APA-ya M. Hacıbəyli özü məlumat verib. M. Hacıbəyli DİN-ə bu gün gedəcəyini bildirib: “2 aprel aksiyası zamanı Nəsimi Rayon Polis İdarəsinin rəis müavini Süleyman Nemətov mənə işgəncə vermişdi. Mən də bununla bağlı prokurorluq orqanlarına şikayət etmişdim. Prokurorluqdan isə DİN-in Daxili Təhqiqat İdarəsinə məktub gəlib ki, araşdırma aparılsın. İndi məni bu araşdırma ilə əlaqədar çağırıblar”.

Qeyd edək ki, bu il aprelin 2-də M. Hacıbəylinin də daxil olduğu İctimai Palatanın aksiyası zamanı o, polis tərəfindən saxlanılıb və sonradan buraxılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR