Bank Of Baku

Hüsnü Mübarəkin Xırdalandakı heykəli götürülüb, Suzan Mübarəkin adını daşıyan təhsil ocağı isə bundan sonra Misir məktəbi adlanacaq

Hüsnü Mübarəkin Xırdalandakı heykəli götürülüb, Suzan Mübarəkin adını daşıyan təhsil ocağı isə bundan sonra Misir məktəbi adlanacaq
# 08 iyun 2011 09:55 (UTC +04:00)
Bu barədə APA-ya Xırdalan şəhər icra nümayəndəsi Fikrət Orucov bildirib. O, Hüsnü Mübarəkin heykəlinin yerində Misirin simvollarından olan xəttat heykəli qoyulduğunu deyib: “Yeni abidə ümumi simvoldur”.

F. Orucov Xırdalan şəhərində yerləşən 9 saylı orta məktəbin isə bundan sonra H. Mübarəkin həyat yoldaşı Suzan Mübarəkin adını daşımayacağını da deyib: “İndi həmin təhsil ocağı Misir məktəbi adlanır”.

İcra nümayəndəsi H. Mübarəkin heykəlinin parkdan, həyat yoldaşının adının isə məktəbdən hansı səbəbdən götürülməsini isə belə izah edib: “Misirdə prezident dəyişdiyinə görə belə oldu. Ancaq Misirlə dostluğumuz bundan sonra da davam edəcək”.

O, parkdan heykəlin, məktəbdən isə Suzan Mübarəkin adının götürülməsinin Misirin Azərbaycandakı səfirliyi ilə razılaşdırıldığını da bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR