Bank Of Baku

DİN-də müsavatçıya polis idarəsinin rəis müavini ilə barışmaq təklif olunub

DİN-də müsavatçıya polis idarəsinin rəis müavini ilə barışmaq təklif olunub
# 08 iyun 2011 12:02 (UTC +04:00)
Bu barədə APA-ya M. Hacıbəyli özü məlumat verib. DİN-də onunla əvvəlcə Daxili Təhqiqat İdarəsinin rəisi Möhübbət Hüseynov görüşüb: “Möhübbət Hüseynov bildirdi ki, Respublika Baş Prokurorluğundan onlara mənimlə bağlı məktub gəlib. Prokurorluqdan DİN-ə göndərilən məktubda 2 aprel aksiyasından sonra döyülməyimlə bağlı faktın araşdırılması xahiş olunub. Məndən hadisənin necə olduğunu soruşdu. Mən də hadisəni danışdım, bildirdim ki, 2 aprel aksiyasında məni tutub Nəsimi Rayon Polis İdarəsinə aparıblar. İdarənin müvəqqəti saxlanma təcridxanasında rəis müavini Süleyman Nemətovun fiziki təzyiqlərinə məruz qalmışam. Möhübbət Hüseynov isə Süleyman Nemətovu tanıdığını, onun fağır adam olduğunu dedi. O təklif etdi ki, Süleyman Nemətovla barışım. Lakin mən razılaşmadım. Belə olan halda idarə rəisi bildirdi ki, daxili təhqiqata başlayacaqlar”.

Bundan sonra isə M. Hacıbəylini DİN-in Daxili Təhqiqatlar İdarəsinin baş inspektoru Hikmət Babayev dindirib. Baş inspektor aprelin 2-də baş verənlərlə, həmçinin işgəncə faktları ilə bağlı suallar verib. Sonda isə H. Babayev təhqiqatın obyektiv aparılacağını deyib: “DİN-də mənə heç bir təzyiq olmadı, çox hörmətli münasibət gördüm. Həmçinin, Hikmət Babayev tərəfindən mənə verilən suallara da heç bir etirazım olmadı. İnanmaq istəyirəm ki, Hikmət Babayev bu işin istintaqını həqiqətən də obyektiv aparacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR