Bank Of Baku

QAT: Azərbaycan hakimiyyəti təslimçi tələblərin yer aldığı danışıqlar prosesindən dərhal çıxmalıdır

QAT: Azərbaycan hakimiyyəti təslimçi tələblərin yer aldığı danışıqlar prosesindən dərhal çıxmalıdır
# 08 iyun 2011 15:32 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Qarabağ Azadlıq Təşkilatı (QAT) ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikin son açıqlamaları ilə bağlı bəyanat verib. QAT-ın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bəyanatda A. Kasprşikin açıqlamasında danışıqların həqiqi mahiyyətinə aydınlıq gətirildiyi qeyd olunub: “Kazan görüşü ərəfəsində bu açıqlamaların verilməsi təsadüfi deyil və Azərbaycan xalqının təslimçi sülhə hazırlanmasına xidmət edir. Burada bəzi məqamlar xüsusi qeyd olunmalıdır: Dağlıq Qarabağ Azərbaycanla Ermənistan arasında mübahisəli ərazi kimi göstərilir. “Aralıq statusu” deyilən məsələnin razılaşdırıldığı və bunun beynəlxalq səviyyədə tanınmasının zəruriliyi vurğulanır. Bu, Dağlıq Qarabağın hüquqi cəhətdən itirilməsi demək olacaq. Azərbaycan tərəfinin Laçın dəhlizi ilə bağlı məsələyə razılaşdığı bildirilir. Bu, Azərbaycan xalqına qarşı xəyanət demək olar”.

QAT hesab edir ki, Azərbaycan hakimiyyəti təslimçi tələblərin yer aldığı danışıqlar prosesindən dərhal çıxmalıdır: “BMT Ermənistanı işğalçı dövlət kimi tanımalı, ona qarşı sanksiyalar tətbiq etməli və bununla da işğalçı qüvvələrin Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərindən qeyd-şərtsiz və dərhal çıxarılmasına nail olmalıdır. Əks halda Azərbaycan hakimiyyəti bu təslimçiliyə təhrik edən danışıqlardan imtina etməli və müharibəyə başlamalıdır. Bu danışıqlar davam etdirilərsə və Kazanda hər hansı təslimçi sənəd qəbul olunarsa, Qarabağ Azadlıq Təşkilatı Ermənistana sanksiyaların tətbiq olunması, danışıqların dayandırılması və müharibənin başlanılması tələbləri ilə aksiyalara başlayacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR