Bank Of Baku

ALP Siyasi Şurasının iclası keçirilib

ALP Siyasi Şurasının iclası keçirilib
# 08 iyun 2011 16:19 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün Azərbaycan Liberal Partiyası (ALP) İcraiyyə Komitəsinin sədri Elman Məmmədzadənin sədrliyi ilə partiyanın Siyasi Şurasının növbəti iclası keçirilib. ALP-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda ölkədə və regionda ictimai-siyasi vəziyyətlə bağlı ALP sədri Əvəz Temirxan geniş məruzə ilə çıxış edib.

Ə. Temirxan qeyd edib ki, bütün beynəlxalq görüşlərdə ALP Ermənistan-Azərbaycan hərbi münaqişəsinin sülh yolu ilə həllində 1948-53 illərdə və 1 yanvar 1988-ci ildən sonra Ermənistandan deportasiya olunmuş və etnik təmizləməyə məruz qalmış azərbaycanlıların vətəndaş hüquqlarının bərpasını vazkeçilməz şərt kimi müdafiə edir.

Partiyanın təşkilatlanma məsələlərinə dair ALP İK sədri E.Məmmədzadə məlumat verib, qarşıda duran işlərdən danışıb və rayon təşkilatlarının rəhbərlərinə tapşırıq verib.

İclasda həmçinin rayon təşkilatlarının sədrləri çıxış ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR