Bank Of Baku

İctimai Palata iyunun 19-da aksiya keçirməklə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə yenidən müraciət edəcək - YENİLƏNİB

İctimai Palata iyunun 19-da aksiya keçirməklə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə yenidən müraciət edəcək - <font color=red>YENİLƏNİB</font>
# 09 iyun 2011 12:03 (UTC +04:00)
Bu barədə APA-ya İP-ə Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) Təşkilat şöbəsinin müdiri Xəzər Teyyublu məlumat verib

Bunun səbəbi isə iyunun 19-na təyin olunmuş aksiya ilə bağlı BŞİH-ə göndərilən müraciətə KXCP təmsilçilərindən heç kimin imza atmaması olub. X. Teyyublu bildirib ki, BŞİH-ə göndəriləcək təkrar müraciətdə KXCP-nin iki təmsilçisinin imzası olacaq.

İP katibi, Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı APA-ya deyib ki, təkrar müraciət məsələsi İP Koordinasiya Şurasının bu gün keçirilən toplantısında razılaşdırılıb. Müraciətə AXCP, Müsavat Partiyası və KXCP üzvləri imza atıb. Həmin partiyalar adından BŞİH-ə təkrar müraciət olunacaq.


Qeyd edək ki, İP aksiya ilə bağlı BŞİH-ə iyunun 8-də məktubla müraciət edib. AXCP-dən bir, Müsavat partiyasından isə üç nəfərin imza atdığı müraciət məktubunda aksiyanın iyunun 19-da, saat 15.00-dan 17.00-dək paytaxtdakı “Nərimanov” kinoteatrının qarşısında keçiriləcəyi qeyd edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR