Bank Of Baku

İctimai Palata iyunun 19-na təyin olunmuş aksiya ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə yenidən müraciət edib

İctimai Palata iyunun 19-na təyin olunmuş aksiya ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə yenidən müraciət edib
# 09 iyun 2011 15:11 (UTC +04:00)
Bu barədə APA-ya İP-in katibi Gülağa Aslanlı məlumat verib.

O bildirib ki, müraciətə AXCP, Müsavat Partiyası və Klassik Xalq Cəbhəsi Partiyasından olan ümumilikdə beş nəfər imza atıb: “Lakin onlar müraciəti əvvəlkindən fərqli olaraq partiya təmsilçisi kimi deyil, İctimai Palatanın nümayəndəsi kimi imzalayıblar”.

Müraciətdə aksiyanın iyunun 19-da, saat 15.00-dan 17.00-dək paytaxtdakı “Nərimanov” kinoteatrının qarşısında keçiriləcəyi qeyd edilib.

Qeyd edək ki, İP aksiya ilə bağlı BŞİH-ə iyunun 8-də məktubla müraciət edib. Müraciət məktubunun yenidən göndərilməsinə səbəb əvvəlki məktuba KXCP-dən heç kimin imza atmaması olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR