Bank Of Baku

Azərbaycanda yaş məhdudiyyəti ali təhsil müəssisələrində çalışanlara şamil edilməyəcək

Azərbaycanda yaş məhdudiyyəti ali təhsil müəssisələrində çalışanlara şamil edilməyəcək
# 10 iyun 2011 08:57 (UTC +04:00)
APA-nın xəbərinə görə, iclasda Əmək Məcəlləsinə, “Psixiatriya yardımı haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında” qanunlara və Ailə Məcəlləsinə dəyişikliklər layihələri müzakirə olunub. İclasda bildirilib ki, Əmək Məcəlləsinə təklif olunana dəyişikliyə əsasən dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışanların yaş həddi ali təhsil müəssisələrində çalışanlara şamil edilməyəcək.

“Psixiatriya yardımı haqqında” qanuna isə 36 dəyişiklik təklif olunub. Bu barədə komissiya sədrinin müavini Musa Quliyev məlumat verib. Dəyişiklik layihəsində qeyd olunub ki, psixiatriya stasionarına yerləşdirilən pasiyent Ombudsmanla görüşə, pul və digər vəsaitlərdən istifadə edə, dini ayinləri sərbəst şəkildə yerinə yetirə biləcək. Bu dəyişikliklərdən sonra pasiyentlərin məcburi şəkildə stasionara yerləşdirilməsinin qarşını alınacaq. M. Quliyev deyib ki, dəyişikliklər insan haqlarının müdafiəsinə yönəlib.

“Əhalinin sağlamlığının qorunması haqqında” qanuna təklif olunan dəyişikliyə əsasən isə məişət zorakılığından zərər çəkmiş şəxslər dövlət səhiyyə müəssisələrində pulsuz ixtisaslaşdırılmış tibbi yardımla təmin olunacaqlar.

Ailə Məcəlləsinə təklif olunan dəyişiklik valideynlik hüququndan məhrumetmə barədədir. Layihədə qeyd olunub ki, valideyn uşaqlara qarşı məişət zorakılığı ilə bağlı hərəkət törətdikdə valideynlik hüququndan məhrum edilə bilər.

Layihələr müzakirələrdən sonra parlamentin iclasına tövsiyə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR