Bank Of Baku

ABŞ-ın Dünya İşləri üzrə Şurasının nümayəndə heyəti DİP-in qonağı olub - FOTO

ABŞ-ın Dünya İşləri üzrə Şurasının nümayəndə heyəti DİP-in qonağı olub - <font color=red>FOTO</font>
# 10 iyun 2011 09:43 (UTC +04:00)
Bakı-APA. Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə ABŞ-ın Dünya İşləri üzrə Şurasının prezidenti və icraçı direktoru Lori Mürreyin başçılıq etdiyi həmin Şurasının müxtəlif ştatlardakı rəhbərlərindən ibarət nümayəndə heyətini qəbul edib. DİP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə ABŞ-Azərbaycan münasibətləri, Ermənistanın Azərbaycana təcavüzünün aradan qaldırılması yolları, Azərbaycanın inkişaf perspektivləri, Avroatlantik məkana inteqrasiya məsələləri müzakirə olunub. Asim Mollazadə həmçinin qonaqlara rəhbərlik etdiyi partiyanın fəaliyyəti barədə ətraflı məlumat verib. Qonaqlar da öz növbələrində bildiriblər ki, Azərbaycanla bağlı həqiqətləri ABŞ ictimaiyyətinə çatdıracaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR