Milli Məclisin növbədənkənar iclasında deputatlar cari məsələlərə bağlı çıxış ediblər
Deputat İqbal Ağazadə isə həbs olunmuş Bəxtiyar Hacıyevin azad edilməsi təklifi ilə çıxış edib. O, bildirib ki, B. Hacıyev alternativ xidmətdən istifadə etmək istəsə də, bu qanunun olmaması problemlər yaradıb. İ. Ağazadə Türkiyədə həbs edilmiş Qarabağ uğrunda döyüşlərdə iştirak etmiş Yusuf Ziya Arpacığın həbsinə də diqqət yönəldib. O, keçmiş Qarabağ döyüşçüsünün həbsdən azad edilməsi üçün Milli Məclisin Türkiyə tərəfinə müraciət göndərməsini təklif edib.
Millət vəkili Fazil Mustafa da özəl universitetlərlə bağlı qanunvericiliyin təkmilləşdirilməsinin zəruriliyindən danışıb. O, həmçinin Xəzər dənizinin sahillərinin vətəndaşlar tərəfindən hasarlanmasını doğru hesab etmədiyini də deyib. F. Mustafa bildirib ki, bu dünyada mövcud olmayan haldır.
Deputat Siyavuş Novruzov isə İqabal Ağazadənin Bəxtiyar Hacıyevin əfv edilməsi ilə bağlı qaldırdığı təklifə münasibət bildirib. Deputat deyib ki, hələ istintaq getdiyi halda kimisə əfv etmək mümkün deyil: “Alternativ xidmətə gəlincə, dini və ya digər baxışlarına görə bu xidmətdən istifadə etmək olar. Avropada cinsi azlıqlar hərbi xidmət çəkə bilmirlər. Hansısa müəllimin uşağı hərbi xidmətə getmirsə, 5-6 il cəza çəkir. Kimsə göydən zənbillə düşməyib”.
Deputat Sabir Rüstəmxanlı ali təhsil alan şəxslərin işlə təmin olunması məsələsinə toxunub. O, xaricdə təhsil alan Azərbaycan gənclərinin ölkəyə qayıtdıqdan sonra problemlə üzləşdiklərini bildirib.
Fərəc Quliyev isə bildirib ki, Qarabağ münaqişəsinin həlli yeni mərhələyə keçib və parlament də bu məsələyə öz töhfəsinin verməlidir. Deputat bunla əlaqədar Qarabağ Komissiyasının yaradılmasının vacibliyini qeyd edib.
Vitse-spiker Bahar Muradova isə deputat seçildiyi Füzuli rayonunda bir neçə gün əvvəl baş verən təbii fəlakətdən danışıb. O, qeyd edib ki, son vaxtlar Füzulidə ciddi quruculuq işlərinə start verilsə də, təbii fəlakət bu işlərin üstündən xətt çəkib: “Demək istədiyim odur ki, icbari sığorta haqqında qanun qəbul etsək də, belə fəlakətlərdən nəticə çıxarmırıq. Mən burada buna cavabdeh olan qurumların fəaliyyətsizliyini xüsusilə qeyd edərdim”.
B. Muradova Qarabağ məsələsi ilə bağlı yeni mərhələnin başladığını bildirib. Vitse-spiker qeyd edib ki, belə məqamda hər bir ictimai xadim, hər bir mütəxəssis bu məsələyə öz töhfəsini verməlidir.
Qeyd edək ki, bu gün keçirilən iclasda 24 məsələ müzakirə olunacaq.
Daxili siyasət
Milli Məclisin növbəti iclaslarının vaxtı və gündəliyi açıqlanıb - YENİLƏNİB
Vyetnamın dövlət televiziyasında Azərbaycanla əməkdaşlığın gücləndirilməsinə dair material yayımlanıb
Milli Məclisin iclası başlayıb
Dekabrda nazir və komitə sədrlərinin vətəndaş qəbulu CƏDVƏLİ
Xəbər Lenti
CENTCOM Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinin təmin edildiyini açıqlayıb
Tramp 2028-ci il seçkilərində varisini mümkün qədər gec açıqlamaq niyyətindədir
Lənkəranda baş verən qəzada ölən və xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB
SEPAH Hörmüz boğazında iki gəminin minaya düşməsi ilə bağlı məlumat yayıb
Zelenski Ukraynanın Liviyadakı əməliyyatının tərəfdaşlarla razılaşdırılmadığını etiraf edib
Suriyada hökumət qüvvələrinin mövqelərinə hücum edilib
Hakan Fidan: Məkkə İttifaqının əsas məqsədi sülhə və sabitliyə töhfə verməkdir
Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə regionda gərginliyin azaldılmasına çağırıb
Almaniya Ukraynaya dəstək üçün 11,6 milyard avro ayıracaq
Ukrayna Qara dənizdə atəşkəs təklif edib, Rusiyadan cavab gözləyir
Ukrayna və Estoniya Azərbaycanla tərəfdaşlıq və əməkdaşlığı gücləndirmək niyyətini bəyan edib
ABŞ Oman körfəzində İran limanından çıxan yük gəmisini vurub
Ceyhun Bayramov: Estoniya səfirliyinin açılması ikitərəfli münasibətlərdə yeni mərhələdir
İran Küveytdəki hücumu Ukraynanın təşkil etdiyini iddia edib
Gələn ay musiqi müəllimlərinin sertifikasiya imtahanı keçiriləcək
Ukrayna ordusu “İsgəndər” raketləri üçün yanacaq istehsal edən zavodu vurub
“Reuters”: Hakerlər ABŞ Hərbi Hava Qüvvələrinin bulud hesablama platformasına müdaxilə edib
Gürcüstan səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb - YENİLƏNİB
Ceyhun Bayramov Qətərin dövlət nazirini qəbul edib, siyasi məsləhətləşmələr keçirilib
Baş nazirin müavini Teymur Musayev minatəmizləmə əməliyyatları ilə tanış olub
Abşeronda narkotiklə əlaqəli 8 nəfər saxlanılıb
Moskvada Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığının perspektivləri müzakirə olunub - FOTO
Vergi Xidmətinin sahibkarlardan rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslərinin məhkəməsi başlayıb
“Şamaxı” sənədli filminin təqdimatı keçiriləcək - VİDEO
Azərbaycanla BMT arasında dayanıqlı inkişaf sahəsində əməkdaşlıq müzakirə edilib
Ekspert: İmtahan sualları ilə məktəb proqramı arasında tarazlıq yaradılmalıdır
Rəsmi İrəvan: Azərbaycan və Ermənistan sülhü institusionallaşdırmaq zərurətini qəbul edib
Yaqub Eyyubov Moskvada MDB İqtisadi Şurasının iclasında iştirak edib - FOTO
Gələn həftə Moskvada MDB hökumət başçılarının iclası keçiriləcək
Oman sahillərində neft tankeri minaya düşüb
“Gənc Hüquq Maarifçiləri” layihəsi yekunlaşıb
Baş katib Lebedev: Azərbaycan gələn il MDB-nin həmsədri, 2028-ci ildə isə sədri olacaq
Azərbaycan-Ermənistan “Sülh körpüsü” dialoqunun beşinci görüşü başa çatıb
Qızıldaşda külək elektrik stansiyasının tikintisi üçün torpaq sahəsi ayrılıb
Milli Məclisin növbəti iclaslarının vaxtı və gündəliyi açıqlanıb - YENİLƏNİB
Lənkəranda avtomobil azyaşlını vuraraq öldürüb, hadisə yerindən qaçan sürücü tutulub - FOTO
Prezident Abşeron dəniz blokuna dair Sazişin yeni redaksiyasını təsdiqləyib
Xocavənd, Ağdam, Xankəndi, Xocalı və Ağdərədə 15 yeni bağça istifadəyə verilib - FOTO
Moskvadan gələn sərnişinin baqajında bəyan edilməyən dərman vasitələri aşkarlanıb
Balakənin keçmiş icra başçısı İslam Rzayev və YAP rayon təşkilatının sabiq sədrinin məhkəməsi başlayıb
Avropa Komissiyası: Orta Dəhlizin potensialından səmərəli istifadə üçün əməkdaşlığın genişləndirilməsi vacibdir
Unibank məktəblilər üçün növbəti maliyyə savadlılığı təlimi keçirib
Dövlət Komitəsində “Açıq qapı” günü keçirilib
Kapital Bank “Mashreq Bank”la 105 milyon dollarlıq saziş imzalayıb
Vyetnamın dövlət televiziyasında Azərbaycanla əməkdaşlığın gücləndirilməsinə dair material yayımlanıb
Nizami Kino Mərkəzinin divarına qraffiti çəkən Belarus vətəndaşı və daha iki nəfərin məhkəməsi başlayıb
ABB enerji sektorunu araşdırıb
Ekspert: Məktəb və qəbul imtahanlarının proqramları uzlaşdırılmalıdır