Bank Of Baku

Azərbaycanda hakimlərin xidməti vəsiqələrinin nümunələri Məhkəmə-Hüquq Şurası tərəfindən təsdiq ediləcək

Azərbaycanda hakimlərin xidməti vəsiqələrinin nümunələri Məhkəmə-Hüquq Şurası tərəfindən təsdiq ediləcək
# 10 iyun 2011 11:18 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Milli Məclis (MM) «Hakimlərin xidməti vəsiqəsi haqqında Əsasnamə»də dəyişiklik edib. APA-nın məlumatına görə, dəyişikliyə əsasən Azərbaycan məhkəmələri hakimlərinin xidməti vəsiqələrinin nümunələri bu Əsasnamənin tələblərini nəzərə almaqla Məhkəmə-Hüquq Şurası tərəfindən təsdiq ediləcək.

Qeyd edək ki, hazırda Ali Məhkəmə və apellyasiya instansiyası məhkəmələri hakimlərinin xidməti vəsiqələrinin nümunələri Milli Məclis, digər məhkəmələrin hakimlərinin xidməti vəsiqəsinin nümunəsi isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR