Bank Of Baku

AMİP üzvlərinin İctimai Palatanın aksiyasına qatılıb-qatılmayacağı məlum deyil

AMİP üzvlərinin İctimai Palatanın aksiyasına qatılıb-qatılmayacağı məlum deyil
# 10 iyun 2011 13:00 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. İctimai Palatanın iyunun 19-na təyin olunmuş aksiyasında AMİP üzvlərinin iştirak edib-etməyəcəyi ilə bağlı partiyada konkret qərar verilməyib. Bu barədə APA-ya AMİP-in mətbuat və təbliğat katibi Əli Orucov məlumat verib.

O bildirib ki, bu məsələ AMİP Siyasi Şurasının gələn həftə keçiriləcək iclasında müzakirə oluna və konkret qərar qəbul edilə bilər.

“Lakin İctimai Palatanın üzvləri olan AMİP təmsilçiləri var ki, onlar bu barədə qərarı fərdi qaydada verəcəklər” – deyə, AMİP yetkilisi bildirib.

Ə. Orucov əlavə edib ki, AMİP Siyasi Şurası və digər kollegial orqanlarda İP-in aksiyasında iştirak edib-etməmək məsələsi ilə bağlı konkret qərar qəbul olunmasa, AMİP Siyasi Şurasının partiyanın İP-dəki fəaliyyətinin dondurulması ilə bağlı qərarı əsas götürüləcək: “Yəni, AMİP partiya şəklində aksiyaya qatılmayacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR