Bank Of Baku

Müsavat Partiyası Gənclər Təşkilatının sədr müavini Əhəd Məmmədlinin apellyasiya şikayəti təmin olunmayıb

Müsavat Partiyası Gənclər Təşkilatının sədr müavini Əhəd Məmmədlinin apellyasiya şikayəti təmin olunmayıb
# 10 iyun 2011 15:13 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində İctimai Palatanın aprelin 2-də Bakının mərkəzində keçirməyə cəhd göstərdiyi etiraz aksiyası zamanı saxlanılan Müsavat Partiyası Gənclər Təşkilatının sədr müavini Əhəd Məmmədlinin apellyasiya şikayətinə baxılıb. Vəkil Yalçın İmanovun APA-ya verdiyi xəbərə görə, məhkəmə apellyasiya şikayətini təmin etməyib.

Qeyd edək ki, Səbayel rayon Məhkəməsi Əhəd Məmmədlinin barəsində seçilən həbs-qətimkan tədbirinin müddətinin 2 ay uzadılması barədə qərar çıxarıb. Apellyasiya şikayəti də məhz bu qərardan verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR