Bank Of Baku

Mirmahmud Mirəlioğlu: “Bakı şəhər icra hakimiyyəti ilə razılaşdırılmamış mitinqdə iştirak etməyəcəyik”

Mirmahmud Mirəlioğlu: “Bakı şəhər icra hakimiyyəti ilə razılaşdırılmamış mitinqdə iştirak etməyəcəyik”
# 11 iyun 2011 09:57 (UTC +04:00)
Mitinq kütləvi aksiyadır və bu aksiya təkcə partiyalar səviyyəsində həyata keçirilmir. Ona görə də iştirak edəcəyimiz mitinq razılaşdırılmış olmalıdır”.

Bu açıqlamanı APA-ya Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu verib. M. Mirəlioğlu bildirib ki, İctimai Palatanın yığıncaqlarında əvvəlcədən də təklif və tələbləri razılaşdırılmış mitinqə getməklə bağlı olub: “Razılaşdırılmış mitinqə böyük qüvvə cəlb etmək mümkündür. Bununla da aksiya əhatəli olacaq və sosial baza genişlənəcək, o cümlədən geniş xalq kütlələri mitinqdə iştirak edə biləcək. Bu gün də mövqeyimizdən çəkinmirik. Razılaşdırılmış mitinqə gedəcəyik, razılaşdırılmamış mitinqdə isə iştirak etməyəcəyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR