Bank Of Baku

Vilayət Quliyevin tərtibçisi və elmi redaktoru olduğu “Polşadakı Azərbaycan siyasi mühacirəti irsindən” kitabının təqdimat mərasimi keçirilib

Vilayət Quliyevin tərtibçisi və elmi redaktoru olduğu “Polşadakı Azərbaycan siyasi mühacirəti irsindən” kitabının təqdimat mərasimi keçirilib
# 13 iyun 2011 10:24 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyevin tərtibçisi və elmi redaktoru olduğu “Polşadakı Azərbaycan siyasi mühacirəti irsindən” kitabının təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, mərasimdə çıxış edən AMEA Ədəbiyyat İnstitutunun direktoru Bəkir Nəbiyev bildirib ki, kitabda Azərbaycan siyasi mühacirət nümayəndələrinin 1930-cu illərdə Polşada dərc edilən və elmi ictimaiyyətə məlum olmayan publisistik və tarixi-ədəbi irsinin nümunələri toplanıb, Məhəmməd Əmin Rəsulzadə, Mirzə Bala Məmmədzadə, Mir Yaqub və xalq cümhuriyyətinin digər görkəmli xadimlərinin azadlıq mübarizəsi işıqlandırılıb.

Təqdimat mərasimini telekörpü vasitəsilə izləyən V. Quliyev isə deyib ki, bu il Azərbaycan dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünü qeyd edəcək və kitab bu əlamətdar hadisəyə həsr edilib: “Azərbaycan qarşısında hər birimizin borcumuz var. Bunu harada olmağımızdan asılı olmayaraq yerinə yetirməliyik. Kitabda ilk dəfə dünyanın siyasi xəritəsinə “Azərbaycan” adını gətirənlərin sonradan bu ideya uğrunda apardıqları mübarizə əks olunub“.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR