Bank Of Baku

“Qloballaşma, milli ideya və müasir Azərbaycan” mövzusunda milli müzakirə keçirilib - FOTO

“Qloballaşma, milli ideya və müasir Azərbaycan” mövzusunda milli müzakirə keçirilib - <font color=red>FOTO</font>
# 13 iyun 2011 10:54 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Bakı Biznes Mərkəzində Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun birgə təşkilatçılığı ilə “Qloballaşma, milli ideya və müasir Azərbaycan” mövzusunda milli müzakirə keçirilib. APA-nın məlumatına görə, tədbirdə milli ideya və yeni milli gerçəklik, qloballaşan dünyada milli identikliyə çağırışlar, milli ideya və milli inkişaf strategiyası, “Azərbaycançılıq XXI əsrdə: İdeya. Missiya. Dövlətçiliyin fundamental resursu” və s. istiqamətlər əsas müzakirə mövzusu olub.

Tədbirin aparıcısı, professor Hamlet İsaxanlı mövzu ətrafında danışaraq qloballaşma barədə ümumi məlumat verib, dünyada və Azərbaycanda milli gerçəklik haqda danışıb. Onun sözlərinə görə, imperiyalar qloballaşmanın əsas daşıyıcıları olub.

AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru İlham Məmmədzadə deyib ki, dövlətə müasir baxışla baxmaq lazımdır. Onun fikrincə, müasirlikdə milli ideya və dialoq vacib məsələdir.

Milli Məclisin deputatı Rasim Musabəyov bəyan edib ki, milli ideya geniş anlayışdır və hər vaxta uyğun götürülən bir məsələdir.

Milli Məclisin İnsan hüquqları Komitəsinin sədri Rəbiyyət Aslanova mövzu ətrafında danışarkən Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin bu yaxınlarda çap olunmuş “Müasir Azərbaycan milli ideyanın təcəssümü kimi” məqaləsinin önəmini vurğulayıb. O, Heydər Əliyevin “Mən fəxr edirəm ki, azərbaycanlıyam” fikrinin inkişaf etdirilməli olduğunu da qeyd edib.

Tədbir müzakirələrlə sona çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR