Bank Of Baku

Beş müxalifət partiyası liderlərinin “zirvə toplantısı”nın keçirilməsi barədə razılıq əldə olunub

Beş müxalifət partiyası liderlərinin “zirvə toplantısı”nın keçirilməsi barədə razılıq əldə olunub
# 13 iyun 2011 11:49 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. “Müxalifətdəki 5 partiyanın liderlərinin “zirvə toplantısı”nın keçirilməsi ilə bağlı razılıq əldə olunub”. Bu barədə APA-ya Vətəndaş Hərəkatı Forumunun təmsilçisi Qurban Məmmədov məlumat verib.

Q. Məmmədov deyib ki, Ümid, Demokrat, Liberal, Vətəndaş və İnkişaf, Klassik Xalq Cəbhəsi partiyalarının liderləri İqbal Ağazadə, Sərdar Cəlaloğlu, Lalə Şövkət, Əli Əliyev və Mirmahmud Mirəlioğlu toplantının keçirilməsinə razılıq veriblər. Müsavat Partiyası və AXCP-nin təmsil olunduğu İctimai Palata isə görüşdə iştirak etməyəcək: “İctimai Palatadan bildirilib ki, qurumun Nizamnaməsi buna imkan vermir”. Q. Məmmədov “Zirvə toplantı”nın keçiriləcəyi yer və vaxtının müəyyənləşdirilməsi ilə bağlı texniki proseduralar üzərində iş getdiyini söyləyib: “Yer məsələsi liderlərlə razılaşdırılacaq. Yaxın 3-4 günə bu məsələ də həllini tapacaq”.

O, “zirvə toplantısı”nda ölkədəki ictimai-siyasi vəziyyətin, müxalifətin hazırkı durumunun, perspektivlərin və müxalifətdaxili əməkdaşlıq yollarının müzakirə mövzusu olacağını söyləyib.

Qeyd edək ki, bir müddət əvvəl Vətəndaş Hərəkatı Forumu müxalifət partiyalarının birliyinə nail olunması üçün “8-lərin zirvə toplantısı”nın keçirilməsi təklifi ilə çıxış edib. Lakin Müsavat Partiyası və AXCP bu yığıncaqda iştirakdan imtina edib.

Onu da əlavə edək ki, toplantıya qatılması gözlənilən AMİP-in Siyasi Şurası bir müddət əvvəl partiyanın heç bir birlikdə təmsil olunmaması barədə qərar qəbul edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR