Bank Of Baku

ADP İdarə Heyətinin növbəti iclası olub

ADP İdarə Heyətinin növbəti iclası olub
# 13 iyun 2011 12:48 (UTC +04:00)
Bakı. Pərvin Abbasov - APA. Bu gün Azərbaycan Demokrat Partiyası (ADP) İdarə heyətinin növbəti iclası olub. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda Türkiyədə keçirilən parlament seçkiləri ilə əlaqədar müzakirələr aparan İdarə Heyəti üzvləri seçkinin demokratik, qanuni və nəticələrin iştirak edən tərəflər və xalq tərəfindən qəbul edilməsi baxımından bütün müsəlman dünyası üçün örnək ola biləcəyini qeyd ediblər.

Azərbaycan və Ermənistan prezidentlərinin bu ayın 25-də Rusiyanın Kazan şəhərində keçirilməsi planlaşdırılan görüşünə diqqət çəkən İdarə Heyəti bu görüşün hazırlanması ilə əlaqədar qarşı tərəflərdən verilən bəyanatları narahatlıqla izlədiyini bildirib.

İdarə Heyətində ATƏT-in Bakıdakı ofisinin təşəbbüsü ilə beynəlxalq təşkilatların yerli nümayəndəliklərinin və diplomatik korpusun bəzi nümayəndələrinin İctimai Palatanın təmsilçiləri ilə görüşü müsbət dəyərləndirilib.

İdarə Heyəti ABŞ-ın demokratiya və ictimai əlaqələr üzrə Milli Demokratiya İnstitutunun Bakıdakı ofisinin fəaliyyətinin bərpası ilə əlaqədar müəyyən irəliləyişlərin olmasını alqışlayıb.

İdarə Heyətinin iclasında partiya həyatına dair bir sıra digər məsələlər də müzakirə edilib və partiya sədrinin birinci müavini Həsrət Rüstəmovla müavin Taliyət Əliyevin Gəncə bölgəsinə səfəri ilə əlaqədar məlumatı dinlənilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR