Bank Of Baku

Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib

Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib
# 13 iyun 2011 13:18 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda Xətai rayon təşkilatında keçirilmiş konfrans və Yasamal rayon təşkilatında keçirilmiş ümumi yığıncaq haqqında məlumat verilib. “Demokrat” qəzetinin baş redaktoru Mustafa Hacılının Xətai rayon təşkilatının, biologiya elmlər namizədi Sevinc Hüseynovanın isə Yasamal rayon təşkilatının sədri seçildikləri bildirilib.
İctimai Palatanın iyunun 19-a təyin etdiyi mitinqə hazırlığın gedişi müzakirə edilib. Partiya strukturlarında bu yöndə aparılan iş haqqında məlumat dinlənilib, gələcək işlərlə bağlı konkret qərarlar qəbul edilib.
“Müsavat-100” tədbirləri çərçivəsində Əbülfəz Elçibəyin doğum günündə - iyunun 24-də “Əbülfəz Elçibəy və müsavatçılıq” mövzusunda keçiriləcək konfransa hazırlıq haqqında da müzakirə aparılıb. Yaradılmış Təşkilat Komitəsi konfransla bağlı görüləcək işlər planını təqdim edib.
Partiyanın Məclisinin növbəti sessiyasının keçirilmə vaxtı ilə bağlı ilkin müzakirə aparılıb və bu il iyunun 26-da münasibliyi haqqında razılığa gəlinib.
Divanda Türkiyədə keçirilmiş parlament seçkiləri haqqında da fikir mübadiləsi aparılıb. Divan azad və ədalətli seçkilərə görə Türkiyə xalqını təbrik edib.
Daha sonra başqan İsa Qəmbər iyunun 10-da Müsavat Partiyasının qərargahında xarici diplomatların İctimai Palata rəhbərliyi ilə keçirdiyi görüş haqqında məlumat verib və sualları cavablandırıb.
Divan üzvü Osman Kazımın Vəkillər Kollegiyasından uzaqlaşdırılmasını və hazırda bununla bağlı keçirilən müzakirə prosesinə münasibət bildirilib.
Sonda cari məsələlərə baxılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR