Bank Of Baku

AYP, VİP və ALP sədrləri arasında növbəti görüş keçirilib

AYP, VİP və ALP sədrləri arasında növbəti görüş keçirilib
# 13 iyun 2011 13:40 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Azərbaycan Yaşıllar Partiyasının (AYP) həmsədrləri Mayis Gülalıyev və Tahirə Məmmədova, Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev və Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan arasında növbəti görüş keçirilib. VİP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə ölkədəki ictimai-siyasi vəziyyət, müxalifətdaxili inteqrasiya prosesinin mövcud durumu, Türkiyədə keçirilmiş parlament seçkiləri və carı məsələlər müzakirə olunub. Partiya rəhbərləri ölkədə təcili olaraq real islahatlara başlanılmasının, siyasi hüquq və azadlıqların təmin olunmasının vacibliyini bir daha qeyd ediblər. Müxalifətdaxili inteqrasiya məsələlərinin ətraflı müzakirəsi zamanı bu partiyaların ayrılıqda və digər siyasi təşkilatlarla birgə müəyyən olunacaq mümkün əməkdaşlıq formatları nəzərdən keçirilib. AYP, ALP və VİP sədrləri bu istiqamətdə məsləhətləşmələrin davam etdirilməsinə tərəfdar olublar.

Görüşdə qərara alınıb ki, AYP, ALP və VİP adından Türkiyənin seçki mərhələsini keçən partiyalarına təbrik məktubu göndərilsin.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR