Bank Of Baku

İsveçin xarici işlər naziri Əli Kərimli, İsa Qəmbər və Cəmil Həsənli ilə görüşüb

İsveçin xarici işlər naziri Əli Kərimli, İsa Qəmbər və Cəmil Həsənli ilə görüşüb
# 13 iyun 2011 15:32 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Azərbaycanda səfərdə olan İsveç Krallığının xarici işlər naziri Karl Bildt AXCP sədri Əli Kərimli, Müsavat Partiyasının başqanı İsa Qəmbər və professor Cəmil Həsənli ilə görüşüb. Bu barədə APA-ya Ə. Kərimli məlumat verib.
AXCP sədri bildirib ki, görüşdə əsasən Azərbaycan-İsveç, Azərbaycan-Avropa Birliyi əlaqələri, Azərbaycanın avroatlantik məkana inteqrasiyası perspektivi müzakirə olunub. Bundan başqa, Azərbaycandakı mövcud problemlər, ölkədə keçirilən seçkilər, siyasi məhbuslar, sərbəst toplaşma azadlığı, ATƏT-in seçkilərlə bağlı tövsiyələri və digər məsələlərə dair də fikir mübadiləsi aparılıb: “Nazir bildirdi ki, gələn il Azərbaycan mühüm bir yarışmaya – “Eurovision-2012” mahnı yarışmasına ev sahibliyi edəcək. O dedi ki, bu yarışmaya ev sahibliyi etdiyinə görə gələn ilin mayına qədər Azərbaycan Avropa və dünya mediasının diqqətində olacaq. Onun fikrincə, bu, ölkədə real islahatların başlamasına zəmin yaradır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR