Bank Of Baku

KXCP bu günə təyin etdiyi etiraz aksiyalarını təxirə salıb

KXCP bu günə təyin etdiyi etiraz aksiyalarını təxirə salıb
# 14 iyun 2011 10:59 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) Mədəniyyət və Turizm Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin binaları qarşısında bu gün «Yer ver!» şüarı ilə keçirilməsi planlaşdırılan etiraz aksiyasını təxirə salıb. Bu barədə APA-ya KXCP-nin Təşkilat şöbəsinin müdiri Xəzər Teyyublu məlumat verib.

X. Teyyublunn sözlərinə görə, aksiyanın təxirə salınmasına səbəb Mədəniyyət və Turizm Nazirliyi və paytaxt meriyasının iyunun 24-də partiyanın qurultayının keçirilməsi ilə bağlı müraciətini müsbət cavablandırması olub.

Partiyanın qurultayının keçirilməsi üçün Nəsimi rayonu ərazisində H. Sarabski adına Mədəniyyət Evinin təklif edildiyini deyən X. Teyyublu hazırda bu təklifin müzakirə olunduğunu, gün ərzində qərar qəbul ediləcəyini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR