Bank Of Baku

Azərbaycanda məcburi köçkünlər arasında sorğu keçirilib

Azərbaycanda məcburi köçkünlər arasında sorğu keçirilib
# 14 iyun 2011 11:57 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Qarabağ Azadlıq Təşkilatı (QAT) məcburi köçkünlər arasında sorğu keçirib.

QAT mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sorğu Bakı, Abşeron, Naftalan, Gəncə, Şəki, Ağdam, Bərdə, Yevlax, Mingəçevir, Goranboy, Cəlilabad bölgələrində 1000 nəfər arasında aparılıb. Respondentlərin 65,9 faizini kişilər, 34,1 faizini qadınlar təşkil edib.

Sorğu zamanı rəyi öyrənilənlərin 73,2 faizi ən yaxın qohumlarını itirdiklərini deyib. Sorğu zamanı bəlli olub ki, hər bir ailəyə isə təxminən 150-200 min ABŞ dolları məbləğində ziyan dəyib. “Hansı erməni vəhşiliklərinin şahidi olmuş və ya eşitmisiniz?” sualına isə respondentlər belə cavablandırıblar: “Körpələri öldürürdülər”, “Atamı döyüb öldürüblər”, “Bir oğlanın ürəyini çıxarıb ovcuna qoymuşdular”, “Hamilə qadının qarnını yarıblar”, “Atamın dayısı arvadını diri-diri ağaca bağlayıb yandırıblar”, “Gözlərin çıxarılması, qulaqların kəsilməsi”, “Erməni qəbri üstə kəsilən başlar”, “Körpələri süngülərə keçirmişdilər”, “2 yaralı əsiri diri-diri qazıb yerə basdırdılar”, “Girovları ağaca bağlayaraq yandırdıqlarının şahidi olmuşam” və s.

Respondentlərin 85,6 faizi beynəlxalq təşkilatların fəaliyyətini mənfi qiymətləndirib. “Torpaqların hansı yolla azad olunacağını mümkün hesab edirsiniz” sualını cavablandıran rəyi soruşulanların 66,3 faizi isə hərb yoluna üstünlük verdiyini deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR