Bank Of Baku

VİP təşkilatlanma işinə önəm verəcək

VİP təşkilatlanma işinə önəm verəcək
# 14 iyun 2011 13:47 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Vətəndaş və İnkişaf Partiyası (VİP) Siyasi Şurasının növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda çıxış edən VİP sədri Əli Əliyev ölkədəki mövcud durumun təhlilini verib və yaxın perspektiv üçün gözlənilənləri diqqətə çatdırıb.

Ə. Əliyev daha sonra müxalifətdaxili inteqrasiya prosesinin gedişi barədə danışıb və VİP-in iştirakı ilə formalaşdırılacaq əməkdaşlıq formatının mümkün tərkibini dəyərləndirib. İclasda qərara alınıb ki, 2011-ci ilin ikinci yarısı VİP-də təşkilatlanma dövrü elan olunsun, bu istiqamətdə fəaliyyət daha da genişləndirilsin.

Yığıncaqda Türkiyədə keçirilmiş parlament seçkiləri ilə bağlı geniş fikir mübadiləsi aparılıb və seçkilərdə qalib gələn Ədalət və İnkişaf Partiyasına (AKP), eyni zamanda Cümhuriyyət Xalq (CHP) və Milliyyətçi Hərəkat (MHP) partiyalarına VİP adından təbrik məktubları göndərilməsi qərara alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR