Bank Of Baku

Mədəniyyət və turizm naziri Mingəçevir Turizm Kollecinin 5 illik yubiley mərasimində iştirak edib

Mədəniyyət və turizm naziri Mingəçevir Turizm Kollecinin 5 illik yubiley mərasimində iştirak edib
# 14 iyun 2011 22:16 (UTC +04:00)
Mingəçevir. Şahnəzər Bəşirov-APA. Mingəçevir Turizm Kollecinin beş illik yubileyi qeyd edilib. APA-nın Şirvan bürosunun xəbərinə görə iyunun 14-də keçirilən tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, şəhər icra hakimiyyətinin başçısı Mübariz Ağayev, Azərbaycan Turizm İnstitutunun rektoru professor Cəfər Cəfərov da iştirak edib.
Nazir Əbülfəs Qarayev kollecin maddi-texniki bazası, təlim-tədris proqramı ilə yaxından tanış olub, kompyuter otağında, kitabxanada, imtahan-kompyuter zalında yaradılan şəraitlə tanış olub, tövsiyə və tapşırıqlarını verib. Tələbə və müəllimlərlə keçirilən görüşdə kollecin direktoru, iqtisad elmləri doktoru professor Əyyub Əyyubov rəhbərlik etdiyi ali təhsil müəssisəsinin yaranma tarixindən, fəaliyyətindən və ötən beş ildə qazanılan uğurlardan danışıb. O, bildirib ki, hazırda təhsil ocağında 12 ixtisas üzrə 2110 tələbə təhsil alır. Kollec Şotlandiyanın Stevenson Kolleci, Rumıniyanın Andrei Barseanu, Rusiyanın Moskva Biznes və İqtisadiyyat Kolleci ilə sıx əməkdaşlıq edir.
Təhsil müəssisəsinin beşillik fəaliyyətini yüksək qiymətləndirən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu kollecin ölkəmizdə turizm sektorunun inkişafına verdiyi töhfələrdən danışıb, təhsil ocağının kollektivini yubiley münasibətilə təbrik edib, məzunlara diplom və döş nişanları, müəllimlərə isə Mədəniyyət və Turizm Nazirliyinin fəxri fərmanları təqdim edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR