Bank Of Baku

Balakən rayonunda “Tarixin izi ilə” filminin təqdimat mərasimi keçirilib

Balakən rayonunda “Tarixin izi ilə” filminin təqdimat mərasimi keçirilib
# 15 iyun 2011 00:09 (UTC +04:00)
Balakən. Vüqar Heydərov-APA. Azərbaycanın Balakən rayonunda “Tarixin izi ilə” filminin təqdimat mərasimi keçirilib. Balakən rayon İcra Hakimiyyətindən APA-nın yerli bürosuna verilən məlumata görə, bu gün Balakən RİH-i aparatında millət vəkili, tarix elimləri doktoru, AMEA-nın müxbür üzvü Yaqub Mahmudovun həyat, elmi və ictimai fəaliyyətinə həsr edilmiş “Tarixin izi ilə” adlı sənədli filmin təqdimatı keçirilib. Filmin təqdimat mərasimində Balakən rayon icra hakimiyyəti başçısı İslam Rzayev, millət vəkilləri Rəbiyyət Aslanova, Yaqub Mahmudov, Qənirə Paşayeva, Ceyhun Osmanlı, Rəfail Cəbrayılov, AMEA-nın vitse prezidenti Arif Həşimov və müvafiq təşkilat nümayəndələri iştirak edib. Mərasimdə çıxış edən millət vəkilləri və digər natiqlər Yaqub Mahmudovun həyat və yaradıcılığından, elmi və ictimai fəaliyyəti barədə ətraflı məlumat veriblər. Daha sonra mərasim iştirakçıları 50 dəqiqə davam edən sənədli filmin nümaişini izləyiblər. Qeyd edək ki, “Tarixin izi ilə” sənədli filmi Azərbaycan Televiziya və Radio verlişləri QSC-də istehsal edilib, filmin senari məlifi Yaqub Mahmodovdur. Siyasi portret janrında çəkilən “Tarixin izi ilə” filmi millət vəkili Yaqub Mahmudovun həyat, elmi və ictimai fəaliyyətinə həsr olunub. Filmdə Azərbaycan tarixinin müxtəlif zaman kəsiyində üzləşdiyi qadağalardan söhbət açılıb. Çəkilişlər Şəkidə, Balakəndə və Bakıda aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR