Bank Of Baku

Azərbaycanın baş nazirinin müavini erməni xalqına müraciət edib

Azərbaycanın baş nazirinin müavini erməni xalqına müraciət edib
# 16 iyun 2011 08:54 (UTC +04:00)
APA-nın xəbərinə görə, bunu Bakıda Ombudsmanların IX Beynəlxalq Bakı Konfransında çıxışında baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib.

O, Ermənistanda xalqın bu gün səfalət və aclıq içərisində olduğunu bildirib: “Biz gözləyirik ki, Ermənistan rəhbərliyi nə vaxt düz yola gələcək. Bu konflikt olmasaydı, neft-qaz kəmərləri, dəmir yolları Ermənistan ərazisindən keçəcəkdi. Amma Ermənistanın ucbatından onlar bu layihələrdən məhrum olublar”.

Baş nazirini müavini çıxışında erməni xalqına da müraciət edib: “Öz rəhbərliyinizi düz yola çəkin. Biz bilirik ki, sadə ermənilər rəhbərliklərinin bu siyasətindən əziyyət çəkirlər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR